Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub. Siasport.az saytının məlumatına görə, o, "Sumqayıt" klubunun üzvü Pərdis Fərcad-Azaddır.
Qeyd edək ki, Əli Gökdəmir millinin hazırlıq prosesində noyabrın 14-dən etibarən iştirak edəcək.
Xatırladaq ki, yığmamız hazırda təlim-məşq toplanışındadır (11-13 noyabr - Bakı, 14-16 noyabr - Tallinn, 17-19 noyabr - Bişkek).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB