Yurgen Klopp Nuri Şahinə görə "imperator"a zəng edib

Yurgen Klopp Nuri Şahinə görə "imperator"a zəng edib

"Borussiya"nın türkiyəli futbolçusu futbolçusu Nuri Şahinin Belarus və Şimali İrlandiya ilə hazırlıq matçı üçün Türkiyə millisinə dəvət olunmamasının səbəbi məlum olub. Siasport.az saytı xəbər verir ki, Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp yığmanın çalışdırıcısı Fatih Terimə zəng edərək türk oyunçunun milliyə çağırılmamasını istəyib. Alman mütəxəssis bunu klubun "Bavariya" ilə vacib matça çıxmaları ilə əlaqələndirib. F.Terim isə Kloppun bu istəyini anlayışla qarşılayaraq Nuri Şahini yığmaya dəvət etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə