Milinko Pantiç: "Neftçi” fiziki cəhətdən bizdən zəif idi"

Milinko Pantiç: "Neftçi” fiziki cəhətdən bizdən zəif idi"

Topaz Premyer Liqasının 13-cü turuna "Neftçi" - "Bakı" oyunu ilə yekun vurulub. Siasport.az saytının məlumatına görə, paytaxt derbisinin böyük hissəsini azlıqda keçirən "Neftçi" oyunu 2:1 hesablı üstünlüklə başa vuraraq turun yeganə qələbəsinə imza atıb. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Komandamın göstərdiyi oyundan razıyam, istədiyim kimi mübarizə apardılar. "Neftçi"nin oyunçuları hesabda irəli olduqları halda vaxtı uzadırdılar. 10 nəfərə qarşı mübarizə aparsaq da, "Neftçi" fiziki cəhətdən bizdən zəif idi. Qapıçımız yerli futbolçudur. "Simurq"la oyundan sonra da deyirdilər ki, onu niyə oynadırsan? Mən futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm".

Nazim Süleymanov, "Neftçi" klubunun baş məşqçisi: "Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik. Oyunçulardan çox razıyam. Saşa Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq, ikisini rəqib qapısına, birinə də öz qapımıza".

Bütün xəbərlər Facebook səhifəmizdə