Şahin Diniyev: “Son 4 matçdan ən pisini oynadıq"

Şahin Diniyev: “Son 4 matçdan ən pisini oynadıq"

"Son 4 matçdan ən pisini oynadıq. Biz 1 xal qazandıq, iki xal itirmədik". Siasport.az saytının məlumatına görə, bu sözləri "Rəvan" klubunun baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 13-cü turunun "Sumqayıt"la oyunundan (1:1) sonra deyib. Mütəxəssis futbolçuların yorğun olduğunu bildirib: "Komandada yorğunluq var. Qış fasiləsində 7 futbolçunun heyətə cəlb olunması haqqında rəhbərliklə danışmışam. Mövqelərdə olan boşluqları doldurmaq lazımdır. Ceyhun Cavadov bu gün ən pis oyununu keçirdi, lakin onun gələcəyini yaxşı görürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə