Ən yaxşı oyunçular və ən gözəl qolların müəllifləri mükafatlandırıldı
Topaz Premyer Liqasının sentyabr və oktyabr aylarının ən yaxşı oyunçuları və ən gözəl qollarının müəllifləri mükafatlandırılıb. Siasport.az saytının məlumatına görə, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, "Azərinteltek" şirkətinin baş direktoru İsmail Kalefer, qalib futbolçular və jurnalistlər iştirak ediblər.
Sentyabr ayının ən yaxşı oyunçusu və ən gözəl qolunun müəllifi "Bakı"nın hücumçusu Əfran İsmayılov, oktyabr ayının ən yaxşı oyunçusu "Qarabağ"ın yarımmüdafiəçisi Dos Santos Reynaldo, oktyabrın ən gözəl qolunun müəllifi isə "Bakı"nın digər futbolçusu Rauf Əliyev seçilib. Sentyabr və oktyabr aylarının ən yaxşı oyunçularına 1500 AZN, ən gözəl qolların müəlliflərinə isə 1000 AZN pul mükafatı təqdim olunub.
Tədbirdə həmçinin Topaz Premyer Liqasında sentyabr-oktyabr aylarında keçirilən oyunların nəticələrini düzgün təxmin edən jurnalist mükafatlandırılıb. Nominasiyanın qalibi Extratime.az saytının əməkdaşı Rüstəm Piriyev olub. Ona 500 AZN pul mükafatı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB