"Astana Arlans" - "Baku Fires": heyətlər məlumdur

"Astana Arlans" - "Baku Fires": heyətlər məlumdur

Noyabrın 15-də "Baku Fires" klubu Ümumdünya Boks Seriyasının 2013/1014-cü illər mövsümündə ilk döyüşünə çıxacaq. Siasport.az saytının məlumatına görə, komandamız Almatıda Qazaxıstanın "Astana Arlans" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Astana Arlans" WSB liqasının son mövsümünün qalibidir.

Bu döyüşdə çəkisi 49, 56, 64, 75 və 91 kq olan boksçular çıxış edəcək. Komandamızın heyətində 49 kq çəki dərəcəsində Xamza Nametov liqada ilk görüşünü keçirəcək. 20 yaşlı boksçu Rusiyada öz çəki dərəcəsində ən perspektivli idmançılardan sayılır. O, dəfələrlə Rusiya çempionatında mükafata layiq yerlər tutub. Nametovun rəqibi Ənvər Muzaparov olacaq.

Rəqib komandanın heyətində ən tanınmış boksçu heç şübhəsiz ki, ukraynalı Sergey Derevyançenkodur. Derevyançenkonun qarşısını Mixail Veselov almağa çalışacaq.

Qazaxıstanlı Vasili Levitlə Abdulqadir Abdullayevin də döyüşü maraqla gözlənilir.

Xatırladaq ki, komandamız B qrupunda "Astana Arlans", "Cuba Domadores", "Hussars Poland", "Mexico Guerreros" və Rusiya ilə mübarizə aparacaq.

Komandaların heyətləri artıq məlumdur:

"Astana Arlans" – "Baku Fires"

49 kq. Ənvər Muzaparov – Xamza Nametov

56 kq. Bağdat Alimbekov – Maqomed Qurbanov

64 kq. Aşxat Ualikxanov – Osman Əliyev

75 kq. Sergey Derevyançenko – Mixail Veselov

91 kq. Vasili Levit – Abdulqadir Abdullayev

Bütün xəbərlər Facebook səhifəmizdə