Kişilər və qadınlar arasında Azərbaycan çempionatının ilk günündə uğurlu çıxışla yadda qalan "Qəbələ" cüdoçuları turnirin ikinci - son günündə də uğurlu nəticələrə imza atıblar. Siasport.az saytının məlumatına görə, çempionatın açılış günündə 2 qızıl, 1 gümüş və 3 bürünc qazanan idmançılar ikinci gün medallara daha 3-nü əlavə ediblər. Vaxtanq Bitiyev (+100 kq) komandaya qızıl medal qazandırıb. Soltan Ağayev (81 kq) və Vasif Şərbətli (90 kq) çempionatın bürünc medalına sahib olublar. Ümumilikdə 3 qızıl, 1 gümüş və 5 bürünc medal qazanan "Qəbələ" çempionatı komanda hesabında ikinci pillədə yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB