"Neftçi" PFK-nın 8 futbolçusu milli komandanın heyətində

"Neftçi" PFK-nın 8 futbolçusu milli komandanın heyətində

"Neftçi" PFK-nın 8 futbolçusu 21 yaşlı futbolçulardan ibarət milli komandanın düşərgəsinə çağırılıb. Siasport.az saytının məlumatına görə, onlardan Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Tərlan Quliyev və Araz Abdullayev hazırda "Neftçi" PFK-nın formasını geyinir. Digər futbolçular - Elşən Abdullayev, Slavik Alxasov və Kərim Diniyev "Sumqayıt", Emil Balayev isə "Araz Naxçıvan" klublarında icarə əsasında çıxış edir.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Makedoniya komandası ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə