"Simurq" niyə Zaqatalada ev oyunlarını keçirə bilmir? BƏYANAT

"Simurq" niyə Zaqatalada ev oyunlarını keçirə bilmir? BƏYANAT

"Simurq" klubu bəyanat yayıb. Siasport.az saytı klubun bəyanatını olduğu kimi nəzərinizə çatdırır:

"Zaqatala şəhər stadionunda yenidənqurma işlərinin getməsilə əlaqədar, "Simurq" yeni mövsümdəki ev oyunlarını doğma arenada keçirdə bilmirdi.

Artıq stadionumuzda işlər tamamlanıb və komandamız növbəti ev oyununu qəbul etməyə hazırdır. Ancaq UEFA nümayəndələri hələ də Zaqatala şəhər stadionuna baxış keçirmədiyindən və rəsmi icazə vermədiyindən, "Simurq" bu turdakı ev oyununu da səfərdə keçirməyə məcbur olub. Bununla bağlı Peşəkar Futbol Liqasına müraciət ünvanlanıb və qərara alınıb ki, Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutacaq Simurq" - "İnter" oyunu "Şəfa" stadionunda, üçüncü dövrənin matçı isə Zaqatala şəhər stadionunda keçirilsin.

Qeyd edək ki, UEFA nümayəndələri Zaqatalaya noyabrın 9-da təşrif buyuracaqlar və stadiona baxış keçiriləcək. Rəsmi oyunların keçirilməsinə icazə verildikdən sonra komandamız doğma arenada rəqiblərini qəbul edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə