2014-cü il yanvarın 3-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnir təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığması turnirdə iştirak edəcək. Millimizdən əlavə, yarışda Rusiya, Moldova, Belarus, Yunanıstan, İran, Latviya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya, Estoniya, Yaponiya və Sankt-Peterburq yığmaları mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB