"Simurq" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək ev oyunlarını keçirdiyi Zaqatala şəhər stadionunda infrastruktur işlərinin tam yekunlaşmaması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının XIII turunun "Simurq" – "İnter" oyununun "Şəfa" stadionunda, üçüncü dövrənin matçının isə Zaqatala şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib. Siasport.az saytının məlumatına görə, bu səbəbdən və "İnter" klubunun razılıq məktubunu nəzərə alaraq, PFL-in prezidenti Ramin Musayev müraciəti müsbət dəyərləndirib. O, bununla bağlı əmr imzalayıb. Belə ki, Topaz Premyer Liqasının XIII turunun "İnter" – "Simurq" matçı 09 noyabr 2013-cü il tarixində "Şəfa" stadionunda, XXI turunun "Simurq" – "İnter" matçı Zaqatala şəhər stadionunda keçiriləcək. Topaz Premyer Liqasının XIII turunda meydan sahibi kimi "İnter", XXI turunda meydan sahibi kimi "Simurq" klubu təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB