Ronaldo rəqiblərini hədələdi!

Ronaldo rəqiblərini hədələdi!

Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo, UEFA Çempionlar Liqasının qrup mərhələsində dünən "Yuventus"la keçirilən oyundan sonra maraqlı açıqlamalarla çıxış edib. Bu il ÇL-də vurduğu qollarını sayını 14-ə yüksəldərək rekord qıran portuqaliyalı hücumçu bu uğurlu çıxışını davam etdirəcəyini bildirib: "Çox yaxşı oynamadıq, daha çox müdafiə olunduq. Sonradan baş məşqçimiz hücum etməyimizin lazım olduğunu söylədi. Boşluqlardan istifadə etmək məcburiyyətindəydik və bunu da bacardıq. Nəticədə iki qol vurduq.İndidən bir mövsümdə 8 qol vurduğum üçün xoşbəxtəm. Qol vurmağa davam edəcəm". Komanda yoldaşı Qaret Beyl haqda da danışan Ronaldo qeyd edib ki, uelsli futbolçu onlara çox kömək edir: "O, komanda üçün önəmli oyunçudur. Beyl hazırda hər şey yaxşı gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə