"Azəryol" klubu: "Bizim üçün yalnız bir bayraq var, o da həmişə yüksəklərdə olacaq"
"Azəryol" Voleybol Klubu son günlər xəbər saytlarında klub haqqında yazılan məlumatlara etirazını bildirib. Siasport.az saytı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin elektron poçtumuza göndərdiyi etiraz yazısını olduğu kimi nəzərinizə çatdırır:
"BİZİM ÜÇÜN YALNIZ BİR BAYRAQ VAR, O DA HƏMİŞƏ YÜKSƏKLƏRDƏ OLACAQ
Son iki gündür "Azəryol" voleybol klubu haqqında internet səhifələrində yazılan xəbərlər çox gülməli və utandırıcıdır. Heç bir dəlili olmayan bu xəbər yalnız bizim, azərbaycanlıların adına pisdir. Bu qədərmi biz bunu başa düşmürük.
Avropanın ən mötəbər yarışlarından olan "Çempionlar Liqası"nda ölkəmizi təmsil edən komandamız haqqında belə yazılar yazmaq ən azından Azərbaycan vətəndaşına yaraşmayan bir hərəkətdir.
Əgər diqqətlə formamızın üzərinə baxsanız, onda görərdiniz ki, Azərbaycan Respublikasının bayrağı maykanın sol tərəfində ən yüksəkdə əks olunub. Maykanın aşağısında olan qara, qırmızı, göy, sarı və qırmızı rənglərdən qara və sarı "Azəryol" komandasının rəngləridir, başqa rənglər isə maykada olan bəzəkdir. Əzəli və əbədi düşmənlərimiz olan ermənilərin bayrağı isə həmin formada yoxdur. Çünki diqqət etsəniz, Ermənistanın bayrağında sarı yox narıncı rəng var.
Ən maraqlı olanı isə budur ki, formada olan bu beş rəngli zolağı niyə məhz erməmistanın bayrağına bənzədirlər. Əgər rənglərin ardıcıllığına baxırıqsa, orda Rumıniya Respublikasının bayrağında olan rənglər də var.
Sonda onu da qeyd etmək istəyirəm ki, biz hər birimiz Azərbaycanımızın adını daima yüksəklərə qaldırmaq üçün çalışmalıyıq. Məhz "Azəryol" klubu da bu yolla irəliləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB