Özil yenə iddialı danışdı

London "Arsenal"ının türk əsilli alman yarımmüdafiəçisi Məsut Özil, bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacaqları Dortmund "Borussiya"sı ilə oyun haqda danışıb. Siasport.az saytı xəbər verir ki, Madrid "Real"ının keçmiş forvradı yenə iddialı danışıb: "Şalke"də oynamağımdan 6 il keçir. "Borussiya"ya qarşı dəfələrlə oynamışam. Ancaq Çempionlar Liqasında oynamaq üçün əlavə motivasiyaya ehtiyac yoxdur. Hansı hesabla olursa-olsun məğlubiyyət hər zaman acıdır. Əsasən də öz meydanında. Lakin sabah ( Bu axşam) səfərdə oynamağımıza baxmayaraq, qələbə qazanmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə