"Çelsi"də Fernando Torres şoku!

"Çelsi"də Fernando Torres şoku!

Bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında "Şalke"ni qəbul edəcək "Çelsi" ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. "Dumanlı albiom" mətbuatı yazır ki, London klubunun ulduz oyunçusu Fernando Torres zədələndiyi üçün sıradan çıxıb. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo da Torresin sabahkı qarşılaşmanı buraxacağını söyləyib. O, müalicəyə dünən başlayan ispan futbolçunun ən azı üç həftə yaşıl meydanlardan uzaqda qalacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə