Gəncədə "Məktəblərdə futbol dərsi" layihəsinə start verildi

Gəncədə "Məktəblərdə futbol dərsi" layihəsinə start verildi

Bu gün Gəncə şəhərində yerləşən 3 saylı orta məktəbdə "Məktəblərdə futbol dərsi" layihəsinə start verilib. Siasport.az saytının məlumatına görə, tədbirdə "Kəpəz" FK-nın prezidenti Mehman Allahverdiyev, 3 saylı orta məktəbin direktoru Kənan Həsənov, Gəncə şəhər Təhsil idarəsinin metodisti Razin Vəliyev iştirak ediblər.

Bu layihə 3 saylı orta məktəbin V, VI və VII siniflərində təhsil alan 100-dən artıq şagirdi əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə