"Şahdağ" cəzalı futbolçusunu qovub

"Şahdağ" cəzalı futbolçusunu qovub

"Şahdağ"ın futbolçusu Yusif Yusifzadə daha Qusar təmsilçisinin heyətində oynamayacaq. Siasport.az saytının məlumatına görə, Azərbaycan I Divizionunun 8-ci turunun "Şahdağ" - "Araz Naxçıvan" matçının 87-ci dəqiqəsində "Şahdağ" klubunun 11 №-li futbolçusu Yusif Yusifzadə matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə onun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulmuşdu.

Həmçinin, klubun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, oyun bitəndən dərhal sonra futbolçu komandadan onun xidmətlərindən imtina haqda bildiriş alıb. //Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə