Futzal üzrə 2014-cü il Avropa çempionatının final mərhələsinin təqvimi məlum olub. Siasport.az saytının məlumatına görə, Belçikanın Antverpen şəhərində təşkil olunacaq və yanvarın 28-dən fevralın 8-nə qədər davam edəcək turnirdə Azərbaycan millisinin oyunlarının vaxtı da müəyyənləşib. Beləliklə, komandamız ilk görüşünü yanvarnın 31-də Sloveniyaya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23.45-də başlayacaq. Millimizin ikinci oyunu isə fevralın 2-nə təsadüf edəcək. Joze Alesionun komandası həmin gün saat 21.30-da İtaliya seçməsi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB