"Bakı" klubunun Madrid "Atletiko"sunun futbol akademiyasına təlim-tədris (3 il) məqsədi ilə göndərdiyi 5 futbolçusu (1999-cu il təvəllüdlü) Madrid şəhəri və "Atletiko" klubu ilə tanış olub. Siasport.az saytının məlumatına görə, yeniyetmə futbolçular "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) ifadəsini daşıyan formada "Atletiko"nun ev oyunlarını keçirdiyi "Visente Kalderon" stadionunda olublar. Klubun strukturu, bazası ilə tanış olan yeniyetmələr komandanın qazanmış olduğu kubokla şəkil çəkdirməyə də imkan tapıblar. Daha sonra Madrid təmsilçisinin sponsorlarından biri olan "Coca- Cola" şirkəti azərbaycanlı futbolçulara üzərinə onların adları həkk olunan içkilərini təqdim edib. Sonda "Bakı"nın yetirmələri İspaniya Premyerasının XII turu çərçivəsində "Atletiko" (Madrid) və "Atletiko" (Bilbao) arasında baş tutan (2:0) matçı izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB