Oleq Pavlenkonun xatirəsinə həsr olunmuş blits-turnir keçirilib

Oleq Pavlenkonun xatirəsinə həsr olunmuş blits-turnir keçirilib

Respublika Şahmat Mərkəzində Azərbaycan şahmatçısı – FİDE ustası Oleq Pavlenkonun xatirəsinə həsr olunmuş blits-turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnirin açılışında Azərbaycan milli yığmasının məşqçisi Fikrət Sideifzadə, "Gənclik" şahmat klubunun direktoru Gennadi Gelman və Veteran Şahmatçılar Birliyinin rəhbəri Tofiq Ağayev çıxış ediblər. Onlar O.Pavlenkonun yaradıcılıq yolundan və Azərbaycanda şahmatın inkişafına töhfəsindən danışıblar.
İsveçrə sistemi üzrə 7 turda keçirilmiş turnirdə 20 şahmatçı iştirak edib.
Qaliblərə qiymətli mükafatlar təqdim olunub.
Asəf Abdullayev 7 mümkün xaldan 6 xal toplayaraq birinci yerə çıxıb. İkinci yerdə 5,5 xalla Ələmdar Məmmədov, üçüncü yerdə isə 5 xalla Niyaz Hüseynov qərarlaşıb.
Yelena Qorina və Rüfət Abdullayev xüsusi mükafatlara layiq görülüblər.

Qeyd edək ki, blits-turnirin təşkilatçısı "Gənclik" şahmat klubu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə