"Yuventus" azarkeşləri Ronaldoya "sürpriz" hazırlayıblar

"Yuventus" azarkeşləri Ronaldoya "sürpriz" hazırlayıblar

Bu axşam "Yuventus" azarkeşləri Madrid "Real"ının ulduz futbolçusu Kriştiyanu Ronaldoya "sürpriz" hazırlayıblar. Siasport.az saytı xəbər verir ki, italiyalı futbol azarkeşləri, keçən həftə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madriddə keçirilən ilk qarşılaşmada K.Ronaldonun hakimi aldadaraq Georgi Kiellininin onu zədələdiyi barədə yalançı rəy yaratdığını bildiriblər. "Qoca sinyora" azarkeşləri, portuqaliyalı futbolçunun bu yalançı hərəkətini unutmadıqlarını elan edərək, bu axşam ona "xüsusi sürpriz" hazırladıqlarını elan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə