İstanbulun "Qalatasaray" futbol klubunun ulduz forvardı Didye Droqba, komandanın rəsmi televiziyasına maraqlı açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, 35 yaşlı ulduz futbolçu komandanın bu axşam "Kopenhagen"lı olduqca çətin bir qarşılaşmaya çıxacağını deyərək, qələbə qazanacaqlarına əmin olduqlarını bildirib. Uesli Sneyder və Fernando Musleranın komanda üçün ciddi bir itki olduğunu dilə gətirən D.Droqba bildirib ki, bütün futbolçular bu axşam meydana yalnız qaələbə qazanmağa, bütün "Qalatasaray" azarkeşlərini sevindirməyə çalışacaqlar. Bazar günü "Fənərbaxça" ilə olduqca kritik qarşılaşmaya çıxacaqlarını qeyd edən D.Droqba, əzəli rəqiblərini məğlub edərək, aradakı xal fərqini daha da azaltmaq üçün mübarizə aparacaqlarını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB