Topaz Premyer Liqasının XII turunun "Qarabağ" - "Qəbələ" görüşü rekordla əlamətdar olub. Siasport.az saytının məlumatına görə, bu matçda qapılara 7 qol vurulub. Bu isə mövsümün rekordudur. Ağdamlıların 4:3 hesabı ilə qalib gəldiyi oyunadək rekord 6 qola bərabər idi. 5:1 hesabının qeydə alındığı 2 görüşdə bu qədər qol vurulmuşdu. Avqustun 11-də "Qarabağ" "Sumqayıt"ı, 25-də isə "İnter" "Rəvan"ı həmin hesabla məğlub etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB