Taekvondoçumuz dünya reytinqində liderdir

Taekvondoçumuz dünya reytinqində liderdir

Taekvondo üzrə Azərbaycan milli komandasının üzvü Ramin Əzizov (80 kq) yeni dünya reytinq siyahısında liderliyini davam etdirir. Siasport.az saytının məlumatına görə, idmançımızın hesabında 160 xal var. Bu, onun gələn ay İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-pri yarışında iştirakına imkan verir.
İngiltərədə təşkil olunacaq yarışa digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) da yollana bilər. O, dünya sıralamasında 100 xalla 11-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə