Yurgen Klopp: "Arsenal" sanki orkestrdir"

Yurgen Klopp: "Arsenal" sanki orkestrdir"

Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasında London "Arsenal"ı ilə bir qrupda mübarizə aparan alman klubunun baş məşqçisi, çərşənbə günü "topçularla" cavab qarşılaşması barədə jurnalsitlərə müsahibələr verib. Bacarıqlı alman mütəxəssis hesab edir ki, "topçuların" baş məşqçisi olan Arsen Venger xüsusi insandır: "Venger xüsusi insandır, onu çox sevirəm. O, Ser Arsen Vengerdir. "Arsenal"ın topa nəzarət etməsi onun xoşuna gəlir. Komanda ötürmələrlə oynayır, sanki orkestrdir. Ancaq bu, həzin musiqidir, mənim isə, daha çox rokdan xoşum gəlir. Səs-küy olmasını istəyirəm. Təbii, "Arsenal"ın oyun fəlsəfəsini bəyənirəm. Amma mən bu klubu çalışdıra bilməzdim. Çünki fərqli birisiyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə