Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) yeni reytinq cədvəlini açıqlayıb. Siasport.az saytının məlumatına görə, Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatının yekununa əsasən açıqlanan siyahının ilk üçlüyündə Azərbaycan millisinin iki boksçusu yer alıb.
Belə ki, ardıcıl 2-ci dəfə dünya çempionu olan Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) liderliyini qoruyub. O, öz çəkisində yenə birincidir.
M.Məcidovla yanaşı, mundialın bürünc medalını qazanan Teymur Məmmədov (91 kq) isə reytinq cədvəlində ikincidir. Həmyerlimiz yalnız Olimpiya Oyunlarında və Almatıda məğlub olduğu Klemente Russodan (İtaliya) geri qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB