Futbol üzrə Türkiyə Superliqasında X turun növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, dünən axşam keçirilən daha 3 qarşılaşmada komandalar münasibətlərinə aydınlıq gətiriblər. Belə ki, gecənin ən maraqlı qarşılaşmasında yerli "Trabzonspor" futbol klubu "Elazığspor"u qəbul edib. Olduqca gərgin keçən qarşılaşmada meydan sahibləri qonaqların qapısından 4 cavasız top keçiriblər. Oyunun sonlarında isə, futbolçular arasında gərginlik yaranıb. Qonaq komandanın braziliyalı futbolçusu olan Bilika, meydan sahiblərinin futbolçuları ilə yumruq davasına çıxıb. Görüşüb baş hakimi bu hərəkətinə görə braziliyalı futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. Şənbə günü keçirilən qarşılaşmada "Fənərbaxça" çətin "Bursaspor" səfərindən 3:2 hesablı qələbə ilə ayrılmağı bacarıb. Son çempion "Qalatasaray" isə, cümə günü öz meydanında "Konyaspor"u 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, X tura bu gün keçiriləcək 3 oyunla yekun vurulacaq.
3 noyabr
Türkiyə Superliqası, 10-cu tur
"Trabzonspor" - "Elazığspor" - 4:0
Qollar: Ərdoğn, 27 (1:0), Enirike, 58 (2:0), Adin, 69 (3:0), Güral, 79 (4:0)
"Rizespor" - "Akhisar" - 0:0
"Beşiktaş" - "Karabukspor" - 0:0
2 noyabr
"Erciyesspor" - "Kasımpaşa" - 0:3
Qollar: Büyük, 7 (0:1), 29 (0:2), Malki, 74 (0:3)
"Bursaspor" - "Fənərbaxça" - 2:3
Qollar: Kiraz, 19 (1:0), Vebo, 63 (1:1), Emenike, 83 (1:2), Batalla, 90 (2:2), Egemen, 90+4 (2:3)
3 noyabr
4 noyabr
"Antalyaspor" - "Kayserispor"
"Gənclərbirliyi" - "Eskisehirspor"
"Qaziantepspor" - "Sivasspor"
1 noyabr
"Qalatasaray" - "Konyaspor" - 2:1
Qollar: Receb Aydın, 16 (0:1), Droqba, 45 (1:1), Burak, 67 (2:1)
| S | Komandalar | O | Q | H | M | Xal |
|---|---|---|---|---|---|---|
| 1. | Fənərbaxça | 10 | 8 | 1 | 1 | 25 |
| 2. | Kasımpaşa | 10 | 7 | 0 | 3 | 21 |
| 3. | Qalatasaray | 10 | 5 | 4 | 1 | 19 |
| 4. | Beşiktaş | 10 | 5 | 3 | 2 | 18 |
| 5. | Trabzonspor | 10 | 5 | 2 | 3 | 17 |
| 6. | Eskisehirspor | 9 | 5 | 1 | 3 | 16 |
| 7. | Sivasspor | 9 | 5 | 1 | 3 | 16 |
| 8. | Akhisar | 10 | 4 | 3 | 3 | 15 |
| 9. | Rizespor | 10 | 4 | 3 | 3 | 15 |
| 10. | Bursaspor | 10 | 4 | 2 | 4 | 14 |
| 11. | Antalyaspor | 9 | 3 | 4 | 2 | 13 |
| 12. | Karabukspor | 10 | 2 | 4 | 4 | 10 |
| 13. | Konyaspor | 10 | 3 | 1 | 6 | 10 |
| 14. | Qaziantepspor | 9 | 2 | 2 | 5 | 8 |
| 15. | Genclerbirligi | 9 | 2 | 1 | 6 | 7 |
| 16. | Elazığspor | 10 | 2 | 1 | 7 | 7 |
| 17. | Erciyesspor | 10 | 1 | 3 | 6 | 6 |
| 18. | Kayserispor | 9 | 1 | 2 | 6 | 5 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB