Ağdamın "Qarabağ" klubunun böyükhesablı qələbələr seriyası qırılıb. Siasport.az saytının məlumatına görə, son 3 turda rəqiblərini böyükhesablı qələbələrlə məğlub edən Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının XII turunun "Qəbələ" ilə görüşündə minimal hesabla qalib gəlib – 4:3. IX turda "Bakı", X turda "Sumqayıt", ötən turda isə "Xəzər Lənkəran"ı eyni - 3:0 hesabı ilə məğlub edən ağdamlılar mövsümün rekordunu təkrarlayıb. "Bakı" kimi ardıcıl 3 darmadağına imza atan "Qarabağ" 4-ə çata bilməyib.
Bununla da Ağdam təmsilçisi klub tarixinin rekordunun 1 addımlığında dayanıb. "Qarabağ"ın Azərbaycan çempionatlarındakı böyükhesablı qələbələr seriyası rekordu 4-ə bərabərdir. 2003/04 mövsümünün startında evdə "Şahdağ-Samur"u (17.05.2003) 5:0, "Bakılı"nı (25.05.2003) 4:0, ardınca səfərdə MOİK-i (31.05.2003) 3:0 yenən ağdamlılar öz meydanında Sumqayıt "Xəzər"ini (04.06.2003) 5:2 hesabı ilə üstələmişdi.
Lakin ümumilikdə qələbə seriyasını 4-ə çatdıran komanda özünün ilk 4 turda, AZAL-ın 2-6-ci turlarda nail olduğu mövsümün rekordunu təkrarlayıb. Ağdamlılar həm də 7 oyundur məğlub olmur.
Qeyd edək ki, böyükhesablı qələbələr seriyasında Azərbaycan rekordu 5-ə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB