"Neftçi" klubu azarkeşlərə müraicət edib. Siasport.az saytı klubun müraciətini olduğu kimi təqdim edir: "AFFA İntizam Komitəsinin 27.08.2013 tarixli qərarına əsasən 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku uğrunda "Neftçi" PFK və "Xəzər Lənkəran" klubları arasında keçiriləcək oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub. "Neftçi" PFK AFFA-nın qərarına hörmətlə yanaşmağa borcludur. Qərara uyğun olaraq Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Neftçi"-"Xəzər Lənkəran" oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb. "Neftçi" PFK olaraq azakeşlərdən, AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşmağı xahiş edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB