Ronaldonun yeni biznesi: alt paltarları istehsalı

Ronaldonun yeni biznesi: alt paltarları istehsalı

Tanınmış futbolçu Kriştianu Ronaldo kişi alt paltarlarının istehsalı ilə məşğul olmağa başlayıb. Siasport.az saytının məlumatına görə, futbolçu bu sahədə özünün brendini yaradıb. O, öz adına olan alt geyimlərinin təqdimat mərasimini də keçirib. Ronaldo mərasimdə çıxış edərək dəb və dizaynın onun üçün əhəmiyyətli olduğunu söyləyib və bu layihəyə xeyli vaxt sərf etdiyini deyib.

Qeyd edək ki, sözügedən brendin məhsulları (alt paltarları və corablar) artıq bu gündən satışa çıxarılıb. Futbolçu layihə çərçivəsində məşhur dizayner Riçard Kayemlə əməkdaşlıq edir.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə