"Çox çətin və emosional oyun oldu. Hesabı açsaq da, qol buraxıb fasiləyə bərabərliklə yollandıq. Amma ikinci yarıda yetirmələrim qarşılaşmanı öz xeyrimizə dəyişə bildi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Simurq"la oyundan sonra deyib. O, qələbənin vacibliyindən danışıb: "Ardıcıl iki heç-heçədən sonra bu qələbə hava, su kimi lazım idi. Biz məşqçi işi görünən, yaxşı təşkil olunmuş komandaya qarşı döyüşdük. Bu gün Rauf, Əfran bir daha əsas heyətdə oynamağa layiq olduğunu isbatladı. Komandam bu qələbədən sonra yüksək əhval-ruhiyyə ilə "Neftçi" ilə oyuna hazırlaşacaq. "Bakı"nın ən yaxşısı Elxan Əhmədov oldu. Çünki o, verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi. Səhv etməsi normaldır. Azərbaycan gələcəkdə ondan faydalana bilər. Neyləyim, Elxanı atım əvəzedici heyətə, onda nə olacaq? Görüşdən öncə klub prezidenti Hafiz Məmmədovla söhbət edərkən hakimlər haqqında danışmayacağımı bildirdim. Odur ki, bu haqda mənə sual verməyin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB