"Bakı" "Simurq"u məğlub etdi

Topaz Premyer Liqasının XII turunun ilk oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, "Bakı" Zaqatalanın "Simurq" klubunu qəbul edib. Oyunda qapılara 5 qol vurulub. Bunlardan 3-ü paytaxt təmsilçisinin, 2-si "Simurq"un aktivinə yazılıb.

Matçda "Bakı"nın futbolçusu Əfran İsmayılov dubl edib. O, 18 və 73-cü dəqiqələrdə iki penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın 78-ci dəqiqəsində isə Rauf Əliyev "Bakı"nın növbəti qolunu vurub. "Simurq"un heyətində 2 dəqiqədə Patrik Osiako və 84-cü dəqiqədə Nicaq Qurbanov fərqlənib.

Oyun 3:2 hesabı ilə "Bakı"nın xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə