"Ötən il "Atletiko"da çinli uşaqların məşqini görmüşdük. İndi ora azərbaycanlı uşaqlar gedəcəklər". Siasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov deyib. O, bu layihəyə dəstək olanlara minnətdarlığını bildirib: "Göstərdiyi köməyə görə ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk. Bizə ilk addımlarımızdan dəstək olan gənclər və idman naziri Azad Rəhimova, AFFA prezidenti Rövnəq Abdullayevə, Təhsil Nazirliyinə, "Atletiko" rəhbərliyinə təşəkkür edirik".
Klub prezidenti "Atletiko" futbol akademiyasına göndəriləcək "Bakı"nın 5 yeniyetmə futbolçusunun Azərbaycanı layiqincə təmsil edəcəklərinə inandığını bildirib. H.Məmmədov bu klubla əməkdaşlığın qürurverici olduğunu deyib: "Atletiko" ilə əməkdaşlıq özü bir qürurdur".
O, digər klubların da perspektivli futbolçularını xaricdə təhsil almağa göndərməyə hazır olduqlarını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB