Azad Rəhimov: "Bu layihənin futbolumuza böyük töhvə verəcəyinə əminəm"
"Belə ideyalar futbolun inkişafı üçün çox vacibdir. İdmanın bu növünün inkişafına nail olmaq üçün məhz belə işləmək lazımdır". Siasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov "Bakı" klubunun 5 yeniyetmə futbolçusunun "Atletiko" futbol akademiyasına göndərilməsinə münasibət bildirərkən deyib. Nazir bu layihənin uğurlu alınacağına əmin olduğunu qeyd edib:"Futbolda inkişaf aşağı yaş qruplarından başlayır. Bu təşəbbüslərin hamısı ölkə Prezidenti tərəfindən imzalanmış futbolun inkişafına dair dövlət proqramına daxildir. Təhsil naziri futbolçuların İspaniyada təhsilinə də razılıq verib. Bu layihənin futbolumuza böyük töhvə verəcəyinə əminəm. Siz həm də Azərbaycanı təmsil edəcəksiniz. Ona görə də tariximizi, mədəniyyətimizi bilməlisiniz, ölkəmizi layiqincə təmsil etməlisiz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB