Noyabrın 3-də Azərbaycan Velosiped İdmanı Federasiyası Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velopаrkda veloyürüş təşkil edəcək. Siasport.az saytının məlumatına görə, 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan yarışın keçirilməsində məqsəd gənclər arasında velosiped idmanının təbliğidir.
Yarış iştirakçıları Velopark - Dövlət Bayrağı Meydanı marşrutu üzrə hərəkət edəcəklər. Yürüşdə iştirak etmək istəyən peşəkarlar və həvəskarlar öz velosipedləri ilə saat 10.00-da Veloparkda olmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB