Güləşçilərimiz Türkiyədə 3 qızıl və 2 gümüş medal qazandılar

Güləşçilərimiz Türkiyədə 3 qızıl və 2 gümüş medal qazandılar

Türkiyənin Eskişehir şəhərində Türk Dünyası Mədəniyyət günləri çərçivəsində yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə iştirak edən güləşçilərimiz 3 qızıl və 2 gümüş medala sahib olublar.
Yeniyetmələrdən ibarət yığma komandanın məşçqiləri Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında turnirə qatılan Əliabbas Rzazadə (42 kq), Sabutay Əmişov (46 kq) və Əfqan Xaşalov (50 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vurub, qızıl medal qazanıblar. Yalnız finalda məğlub olan Mahir Əmiraslanov (58 kq) və Pənah İlyaslı (63 kq) gümüş medalla kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə