"Qəbələ" klubu sabah Bakıya gələcək

"Qəbələ" klubu sabah Bakıya gələcək

"Qəbələ" - "Sumqayıt" (2:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" oktyabrın 28-dən etibarən XII tur çərçivəsində baş tutacaq "Qarabağ" - "Qəbələ" matçının hazırlıqlarını davam etdirirlər. Siasport.az saytının məlumatına görə, Yuri Syominin başçılığı ilə reallaşan təlim-məşq prosesində zədəsi olan Rail Məlikov, Omar Kalabane, Abdulvahid Afolabi və Tərzin Cahangirov iştirak etmir. "Qəbələ" doğma məkandakı hazırlıqlarını bu gün baş tutacaq son məşqlə yekunlaşdıracaq. Sabah səhər saatlarında isə komanda paytaxta yollanacaq. Matç öncəsi son məşq günün ikinci yarısında qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" - "Qəbələ" matçı noyabrın 3-də saat 17:00-da start götürəcək. Oyun AZTV vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə