“Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir

“Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir

Topaz Premyer Liqasının XII turu çərçivəsində noyabr 2-də "Neftçi"nin qonağı olacaq "Xəzər Lənkəran" hazırlığını paytaxtda davam etdirir. Siasport.az saytının məlumatına görə, dünən Tofiq Bəhrəmov adına Respublika stadionunda məşqə çıxan komanda saat yarım ərzində taktiki çalışmaları yerinə yetirib. Heyətdə olan zədəli futbolçulardan Junior Nildo fərdi məşqlə kifayətlənib. Vanderson Skarduelli də hazırlığı yarımçıq tərk etməli olub. Braziliyalı müdafiəçinin əzələsində olan zədə ona məşqdə sona qədər iştirak etməyə imkan verməyib. Digər zədəli oyunçular - Duqlas Leyte, Zoahir Benouahi və Rasim Ramaldanov komanda ilə birgə məşqlərini davam etdiriblər.

"Xəzər Lənkəran" bu gün oyun saatında (saat 19:00) "Bakcell Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə