"Rəvan" üçün ən düşərsiz rəqib STATİSTİKA

"Rəvan" üçün ən düşərsiz rəqib STATİSTİKA

Topaz Premyer Liqasının XII turu çərçivəsində "Rəvan" "İnter"in qonağı olacaq. Siasport.az saytının məlumatına görə, "Şəfa" stadionunda keçiriləcək oyun "Rəvan"ın yeni baş məşqçisi Şahin Diniyevin rəhbərliyi altında çıxacağı 3-cü qarşılaşma olacaq. İlk iki oyunun nəticələrinin ardıcıllığına diqqət yetirsək, bu dəfə komanda qələbə qazanmalıdır. Çünki Ş.Diniyevin rəhbərliyi altında ilk oyunda məğlubiyyət, sonra isə heç-heçə qeydə alınıb.

Amma unutmaq lazım deyil ki, bu dəfəki rəqib "Rəvan" üçün ən düşərsizidir. Belə ki, buna qədər komandalar arasında keçirilən 5 oyunun hamısında "İnter" qələbə qazanıb. "Rəvan" səfər matçlarında bu rəqibə qol da vura bilmir.

Komandalar arasında ölkə çempionatında baş tutan oyunları diqqətinizə çatdırırıq:

30.10.2011 Rəvan – İnter 1:2
07.03.2012 İnter - Rəvan 1:0
04.10.2012 Rəvan – İnter 0:2
02.12.2012 İnter - Rəvan 2:0
25.08.2013 Rəvan – İnter 1:5

Bütün xəbərlər Facebook səhifəmizdə