Milinko Pantiç: "Futbolçular qələbədən başqa ağlına heç nə gətirməməlidir"
Sabah "Bakı" Premyer Liqanın XII turu çərçivəsində "Simurq"u qəbul edəcək. Siasport.az saytının məlumatına görə, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini açıqlayıb: "Digər çempionat matçları kimi "Simurq"la görüş də çox vacibdir. Belə durumda bizə 3 xalı qazanmaq çox zəruridir. Son oyunu yaxşı keçirmişik, amma qol vura bilmədik. Bu, futboldur, bəzən belə də olur. Sabahkı qarşılaşmada praktiki və çox güclü effekti olan futbol nümayiş etdirməyə çalışacağıq. Premyer Liqada hər bir görüş mürəkkəb xarakter alıb. Ev matçına çıxırıqsa, futbolçular qələbədən başqa ağlına heç nə gətirməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB