Futbol üzrə İngiltərə kubokunda IV turun oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, İngiltərə Premyer Liqasında uğursuz çıxış edən "Mançester Siti", səfərdə "Nyukasl"ın qonağı olub. Gərgin keçən qarşılaşmada "Mançester Siti" rəqibini əlavə hissədə 2:0 hesabı ilə məğlub edib. "Tottenhem" isə doğma meydanda "Hall Siti"ni yalnız penaltilər seriyasında 8:7 hesabı ilə məğlub edib.
30 oktyabr
İngiltərə liqa kuboku, IV turun oyunları
"Tottenhem" - "Hall Siti" - 2:2 (Penaltilər seriyası - 8:7)
Qollar: Siqurdson, 16 (1:0), Fridel, 53-avtoqol (1:1), Makşeyn, 98 (1:2), Keyn, 108 (2:2)
"Nyukasl" - "Mançester Siti" - 0:2
Qollar: Neqredo, 99 (0:1), Dzeko, 105 (0:2)
29 oktyabr
"Burnley" - "Vest Hem" - 0:2
Qollar: Taylor, 76 (0:1), Kollison, 90 (0:2)
"Mançester Yunayted" - "Norviç" - 4:0
Qollar: Hernandez, 20 (1:0), 54 (2:0), Yones, 88 (3:0), Fabio, 90 (4:0)
"Birmungem" - "Stok Siti" - 4:4 (Penaltilər seriyası - 6:8)
"Leiçester" - "Fulhem" - 4:3
"Arsenal" - "Çelsi" - 0:2
Qollar: Aspilikueta, 25 (0:1), Mata, 66 (0:2)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB