Viktor Valdesin əvəzinə "Münxenqladbax"ın gənc qolkiperi ilə gizli müqavilə imzlayaraq, qapıçı problemini həll edən "Barselona" klubu, daha bir səs-küylü transfer reallaşdırmaq üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, katalon klubu, indi də Dortmund "Borussiya"sının türk əsilli futbolçusu İlkay Gündoğanla danışıqlara başlayıb. İspaniyanın nüfuzlu "AS" qəzetinin yazdığına görə, Kataloniya klubunun idman direktoru Andoni Subisarretta artıq alman təmçilsinin nümayəndələri və 23 yaşlı türk yarımmüdafiəçi ilə işgüzar görüş keçirib. Maraqlıdır ki, İspaniya mətbuatı, hələ əvvələr də İ.Gündoğanın "Barselona"nın əsas transfer hədəfi olduğunu yazırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB