Paytaxtın ən güclü şahmatçıları müəyyənləşdi FOTOLAR

Paytaxtın ən güclü şahmatçıları müəyyənləşdi FOTOLAR

Respublika Şahmat Mərkəzində keçirilən kişilər və qadınlar arasında şahmat üzrə Bakı şəhər çempionatı sona çatıb. Siasport.az saytının məlumatına görə, yarışda 57 idmançı (13-ü qadınlardır) iştirak edib. İsveçrə sistemi üzrə keçirilən yarışda kişilər 9 tur, qadınlar isə 7 tur mübarizə aparıblar. Yekun nəticələrə əsasən, kişilər arasında I yeri 7,5 xalla Nail Bəşirli, II yeri 7 xalla Rüstəm Bünyatov, III yeri isə 7 xalla Mehman Abbasov tutub. Qadınların yarışında isə I yerdə 5,5 xalla Nərmin Xələfova, II yerdə 5 xalla Aytən Əmrayeva, III yerdə isə 5 xalla Xanım Balacayeva qərarlaşıb.

Kişilərdən ilk 5 yeri tutmuş idmançı (IV yer - Andrey Mustafin , V yer - Elşad Abdullayev) birinci dəstəyə, qadınlardan ilk 2 yeri tutmuş idmançı isə gələn ilin yanvar ayında keçiriləcək respublika çempionatına vəsiqə qazanıb.

Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə