Əsgər Abdullayev: “Oyunun çətin olacağını bilirdim"

Əsgər Abdullayev: “Oyunun çətin olacağını bilirdim"

"Oyunun çətin olacağını bilirdim, futbolçuları buna hazırlamışdım". Siasport.az saytının məlumatına görə, bu sözləri "Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev "Ağsu" ilə oyundan sonra deyib. Mütəxəssis hər iki komandanın yaxşı oynadığını qeyd edib: "Hər iki komanda oyunu ilə azarkeşlərə bayram əhval-ruhiyyəsi yaşatdı. İlk hissədə biz daha üstün oynadıq, qol epizodları da yaratdıq, lakin istifadə edə bilmədik. İkinci hissə isə qarşılıqlı hücumlar şəraitində keçdi. Qarşıda bizi "Simurq"la daha çətin oyun gözləyr. "Ağsu" komandası ilə hələ qarşılaşmalarımız var, rəqibimizə uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə