Rüfət Quliyev: "Hər iki komanda sona kimi mübarizə apardı"

Rüfət Quliyev: "Hər iki komanda sona kimi mübarizə apardı"

"Araz Naxçıvan" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Hər iki komanda sona kimi mübarizə apardı. Əlavə vaxtda məğlub olduq. Komandama mübarizə əzminə görə minnətdaram". Siasport.az saytının məlumatına görə, bu sözləri "Ağsu" klubunun baş məşqçisi Rüfət Quliyev "Araz Naxçıvan"la oyundan sonra deyib. O, Naxçıvanda çox gözəl qarşılandıqlarını qeyd edib: "Böyük futbolun Naxçıvana yenidən qayıtması bizi də sevindirir. Burada bizi çox gözəl qarşıladılar. Bizə yaratdığı şəraitə görə "Araz Naxçıvan" klubuna təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə