“Araz Naxçıvan” 1/8 finalda

Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vuruldu. Siasport.az saytının məlumatına görə, bu mərhələnin son oyununda "Araz Naxçıvan" doğma meydanda "Ağsu" klubu ilə qarşılaşdı. Əsas vaxtı qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın taleyini ev sahibi komandanın oyunçusu Elmin Çobanovun 108-ci dəqiqədə vurduğu yeganə qol həll edib.

"Araz Naxçıvan" 1-0 "Ağsu"
(Elmin Çobanov, 108)

1/8 final mərhələsində "Araz Naxçıvan" klubu Zaqatalanın "Simurq" klubu ilə qarşılaşacaq.

1/8 final
4 dekabr

5. "İnter" – "Şuşa"
6. "Neftçi" – "Kəpəz"
7. "Qaradağ Lökbatan" – "Rəvan"
8. "Bakı" – "Sumqayıt"
9. "Mil-Muğan" – "Qəbələ"
10. "Qarabağ" - AZAL
11. "Araz Naxçıvan" – "Simurq"
12. "Xəzər Lənkəran" – "Neftçala"

Bütün xəbərlər Facebook səhifəmizdə