"Payız turniri" başa çatdı

Eşitməqüsurlu əlillər arasında təşkil olunmuş futzal üzrə "Payız turniri" başa çatıb. Siasport.az saytının məlumatına görə, bu gün Azərbaycan Texniki Universitetinin idman kompleksində turnirin son iki oyunu keçirilib. "Birlik" 7:3 hesabı ilə "Zirvə" komandasını, "Şimşək" isə 8:5 hesabı ilə "Ümid"i məğlub edib.

Turnirin qalibi adını "Birlik" komandası qazanıb. İkinci yeri "Zirvə", üçüncü yeri isə "Şimşək" tutub.

Elcan Əsədov ("Ümid") turnirin ən yaxşı oyunçusu, Mürşüd Hüseynov ("Birlik") turnirin ən yaxşı qapıçısı seçilib. Ən məhsuldar futbolçu isə "Birlik"in heyətində 20 qol vurmuş İslam Əliyev olub.

Bütün xəbərlər Facebook səhifəmizdə