Futbol üzrə Azərbaycan yığmasının keçmiş hücumçusu Fərid Quliyev Türkiyə birinci divizionunda çıxış edən "Kahramanmaraşspor" klubunu tərk etməyə hazırlaşır. Siasport.az saytı Azerisport.az-a istinadən xəbər verir ki, futbolçunun agenti müştərisinin üç aylıq əməkhaqqını almaması səbəbi ilə bu addımı atacağını bildirib.
Futbolçunun agenti onu da deyib ki, yeni baş məşqçinin gəlişi ilə F.Quliyevi meydana da buraxmırlar. Agent futbolçunun sənədlərini Türkiyə Futbol Federasiyasına aparmağa hazırlaşır. İkitərəfli qarşılıqlı razılığa əsasən, futbolçu əmək haqqını iki ay boyunca almayacağı təqdirdə müqavilə qüvvədən düşmüş hesab olunur.
Fərid Quliyevin birinci divizionun digər komandalarından təklifləri var və qışda o, başqa komandaya keçə bilər. Onun agenti bildirib ki, oyun təcrübəsinin yoxluğuna rəğmən, müştərisi yaxşı idman formasındadır.
Kluba gəlincə, "Kahramanmaraşspor" maliyyə çətinlikləri yaşayır. Yaxın zamanda bir futbolçusu məşqdə ayağını zədələyib və rəhbərlik onu klubun vəsaiti hesabına müalicə etməkdən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB