Rusiyada ən çox qazanan futbolçular kimlərdir?

Rusiyada ən çox qazanan futbolçular kimlərdir?

Rusiya Premyer Liqasında çıxış edən ən yüksəködənişli futbolçuların siyahısı tərtib edilib. Siasport.az saytının məlumatına görə, "Zenit"in braziliyalı futbolçusu Halk hamıdan çox qazanır. Onun illik qazancı 7 milyondur. İkinci pillədə Kevin Kuranyı qərarlaşıb. Əlavə edək ki, siyahıda futbolçuların vergini ödədikdən sonrakı qazancları əsas götürülüb. Rusiya Premyer Liqasının ən yüksəködənişli 10 futbolçusunun siyahısını təqdim edirik:

1. Halk (Zenit) - 7 milyon avro

2. Kevin Kuranyı (Dinamo) - 5,7

3. Aleksandr Kokorin (Dinamo) - 5

4-7. İqor Denisov (Dinamo) - 4

4-7. Yuri Jirkov (Dinamo) - 4

4-7. Lass Diarra (Lokomotiv) - 4

4-7. Аksel Vitsel (Zenit) - 4

8. Mubarak Bussufa (Lokomotiv) - 3,9

9-10. Yann Mvila (Rubin) - 3,4

9-10. Danni (Zenit) - 3,4

Stadium.az

Bütün xəbərlər Facebook səhifəmizdə