"Sumqayıt" AZAL ilə oyuna hazırlaşır

"Sumqayıt" AZAL ilə oyuna hazırlaşır

Topaz Premyer Liqasının XII turunda doğma azarkeşləri qarşısında AZAL-la qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda gündə iki dəfə olmaqla məşq edir. Heyətdə zədəli futbolçu yoxdur. Yüngül zədəsi olan Aleksandr Çertoqanov fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu noyabrın 3-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə